Maaş
:Razılaşma
Qeyd
Əsas vəzifə öhdəlikləri:
· İstixanada yetişdirilən bitkilərin əkildiyi vaxtdan, sağlam və keyfiyyətli şəkildə ən az itki ilə yetişdirilməsini təşkil etmək;
· İstixananın bitkilərin əkininə hazır hala gətirilməsini və əkilməsini təşkil etmək;
· Əkin üçün gigiyenik şəraitin hazırlanmasını təmin etmək;
· İstehsalat planına uyğun olaraq, istixanada əkmə planını hazırlamaq, əkin planının və ehtiyat bitkilərin qeydə alınmasını təşkil etmək;
· Bitkinin ehtiyacını qarşılayacaq şəkildə istixana daxilində rütubət və temperaturu nəzarət altında saxlanılmasını təmin etmək;
· İsitmə, soyutma, kölgələndirmə, sisləməyə nəzarət edilməsi, isitmə və yanacaq istehlakının qeydiyyata alınmasını təşkil etmək;
· Bitkinin ehtiyacını qarşılayacaq dərəcədə, münasib vaxtda və miqdarda suvarmanın və gübrələmə işlərinin yerinə yetirilməsini təmin etmək;
· İstixanalarda pestisidlərin istifadəsini minimuma endirməklə, xəstəliklərin yayılması və zərərli həşəratların olub-olmadığının yoxlanılmasını həyata keçirmək, İstixana daxilində xəstəlik yayılması və zərərli həşəratların daxil olmasının qarşısını alacaq tədbirlərin görülməsini təmin etmək;
· Bitkilərin şəraitə uyğulaşdırılmasını, boylama proseslərinin təlimatlara uyğun olaraq yerinə yetirilməsini həyata keçirmək;
· Aylıq istehlak və ehtiyat məhsullarına dair məlumatların qeydə alınmasını təmin etmək;
İş şərtləri:
· İş vaxtı 1 – 6 günlər 08:00-17:00
· Şirkət tərəfindən nəqliyyatla təmin edilmə;
· Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
· Aqronomluq üzrə ali Təhsil;
· Uyğun sahədə ən azı 5 il iş təcrübəsi;
· Texniki biliklərlə yanaşı idarəetmə bacarıqları;
· Priva proqramı bilikləri üstünlükdür;
· Ölkə xarici və rayonlara ezam getmə imkanının olması;
· Vakansiyaya müraciət üçün CV-nizi mövzu hissəsində “baş aqronom” qeyd edərək gb.orucova@butagroup.com e-mail ünvanına göndərməyiniz xahiş olunur.